AZ

WUF13 üzrə rəqəmsal nəqliyyat xəritəsi hazırlanıb

WUF13 tədbiri ilə bağlı nəqliyyat əməliyyatları üçün rəqəmsal nəqliyyat xəritəsi hazırlanıb.

Musavat.com xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.

O bildirib ki, xəritədəki “google maps” vasitəsilə naviqasiya da mümkün olacaq:

“Yaşıl zolaq sisteminin tətbiqinə başlanıb, ümumi uzunluğu 41,5 kilometrdir. Xüsusi zolaqlar mövcud marşrutlara inteqrasiya olunaraq iştirakçıların tıxacsız və fasiləsiz şəkildə tədbir məkanına daşınmasını təmin edəcək”.

Nigar Həsənli
Musavat.com

Seçilən
22
musavat.com

1Mənbələr