AZ

CENTCOM: 87 ölkədən gələn yük gəmiləri Hörmüzdən keçid gözləyir

Bakı, 5 may, AZƏRTAC

Hazırda 87 ölkədən gələn yük gəmiləri Hörmüz boğazından keçid gözləyir.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper komandanlığın veb-saytındakı açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda körfəzdə qalan gəmilər dünyanın 87 ölkəsinin maraqlarını təmsil edir.

Admiral qeyd edib ki, son 24 saat ərzində CENTCOM onlarla gəminin sahibi və gəmiçilik şirkəti ilə əlaqə saxlayaraq onların Hörmüz boğazından təhlükəsiz keçidinə şərait yaradıb.

ABŞ Mərkəzi Komandanlığının məlumatına əsasən, ABŞ bayrağı altında üzən iki gəminin boğazdan keçidi üçün raket esminesləri, qırıcı təyyarələr, helikopterlər və pilotsuz uçuş aparatlarından istifadə olunub.

Həmçinin admiral bildirib ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin esmineslərinə və ticarət gəmilərinə yönəlmiş İran qanadlı raketləri zərərsizləşdirilib, Amerika helikopterləri isə onlara hücum etməyə çalışan altı ədəd kiçik sürətli kateri batırıb.

 

Seçilən
34
11
azertag.az

8Mənbələr