AZ

Tramp “Azadlıq Layihəsi” ilə Hörmüz boğazına hərbi əməliyyata başlayıb

ABŞ Prezidenti Donald Trampın göstərişi ilə Hörmüz boğazının açılması məqsədilə "Azadlıq Layihəsi" adlı hərbi əməliyyat başladıldığı bildirilir.

Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, məlumata görə, əməliyyat Fars körfəzində hərəkətin bərpasını və blokadanın aradan qaldırılmasını hədəfləyir.

ABŞ Mərkəzi Komandanlığı əməliyyat çərçivəsində İranın bəzi kiçik dəniz vasitələrinin məhv edildiyini və raket və dronların zərərsizləşdirildiyini açıqlayıb. Rəsmi Vaşinqton bölgədə ABŞ hərbi gəmiləri və qüvvələrinin təhlükəsizliyinin təmin olunduğunu bildirir.

İran tərəfi isə bu iddiaları rədd edərək vəziyyəti gərginləşdirən açıqlamaları təkzib edib. Eyni zamanda, bölgədə neft tankerlərinin və ticarət gəmilərinin hərəkətində ciddi çətinliklər yaşandığı, yüzlərlə gəminin Fars körfəzində qaldığı bildirilir. Beynəlxalq ictimaiyyət isə mümkün eskalasiya ilə bağlı narahatlıq ifadə edir.

Seçilən
14
day.az

1Mənbələr