AZ

DİQQƏT! Bakı Olimpiya Stadionuna bu ərazilərdən gedə biləcəksiniz

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov forum günlərində nəqliyyatın idarə olunması ilə bağlı detalları açıqlayıb.

Musavat.com-un xəbərinə görə, V.Aslanov bildirib ki, Koroğlu metrostansiyası yaxınlığında yerləşən mərkəzdən 24 saat fasiləsiz xüsusi marşrut fəaliyyət göstərəcək:

“İctimai nəqliyyatdan istifadə edən sərnişinlər buradan birbaşa tədbir məkanına çatdırılacaq. Ümumilikdə 9 şəhər nəqliyyat mübadilə mərkəzi müəyyən edilib. Şəhərdaxili 2 müntəzəm avtobus xətti istifadə olunacaq. Hava limanı üzrə 6 müntəzəm avtobus xətti olacaq. 9 nəqliyyat mübadilə mərkəzi bunlardır: Şıx, İçərişəhər, Nəriman Nərimanov, İzmir, 28 May, Gənclik, Ağ Şəhər, Seabreeze və Koroğlu”.

Nigar Həsənli
Musavat.com

Seçilən
15
1
musavat.com

2Mənbələr