AZ

Neftçalada qızıl mağazasından oğurluq edən şəxs saxlanıldı

BAKI, 5 may. TELEQRAF

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yerləşən qızıl mağazalarının birindən oğurluq edən əvvəllər məhkum olunmuş 33 yaşlı Ağaverdi Ağaşov saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, araşdırmalar zamanı adıçəkilən şəxsin qohumuna məxsus mağazadan 12500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seçilən
4
25
teleqraf.com

10Mənbələr