AZ

Lula da Silva ABŞ yə gedir

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Braziliya Prezidenti Luiz İnasiu Lula da Silvanın ABŞ Prezidenti Tramp ilə görüşmək üçün bu həftə Vaşinqtona rəsmi səfər edəcəyi gözlənilir.

"Cebheinfo.az" xəbər verir ki, Braziliya vitse-prezidenti Jeraldu Alkmın San-Paulu şəhərində jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Lula da Silvanın səfərinin dəqiq tarixi hələ müəyyənləşməsə də, o, Tramp ilə görüşmək üçün bu həftə ABŞ-yə gedəcək.

Alkmın Lula da Silvanın Tramp ilə son görüşünün müsbət atmosferdə keçdiyini xatırladaraq qeyd edib:

“Bu səfərlə iki böyük ölkənin və Qərbin iki böyük demokratiyasının maraqlarına uyğun şəkildə Lula ilə Tramp arasında əvvəlki görüşlərdə mövcud olan "yaxşı kimyanın" daha da güclənəcəyinə inanıram”.

Xatırladaq ki, Tramp ilə Lula da Silva sonuncu dəfə 26 oktyabr 2025-ci ildə 47-ci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) Zirvəsi çərçivəsində bir araya gəlmişdilər.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr