AZ

SOCAR-ın vitse-prezidentləri “Neptun” özüqalxan qazma qurğusunda aparılan işlərlə tanış olublar

SOCAR-ın vitse-prezidentləri Babək Hüseynov, Arzu Cavadova, Ziba Mustafayeva və İsmayıl Zərgərli UBOC tərəfindən istismar olunan “Neptun” özüqalxan qazma qurğusuna səfər ediblər.

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti "Ümid" yatağında "U-01A" sualtı qiymətləndirmə quyusunda aparılan işlər və qazma qurğusunun texniki imkanları ilə yaxından tanış olub, qazma prosesini real vaxt rejimində izləyib.

Bildirilib ki, layihə çərçivəsində Xəzər hövzəsində ilk dəfə özüqalxan qazma qurğusu vasitəsilə dərin sualtı qiymətləndirmə quyusunun qazılması həyata keçirilib. Eyni zamanda, "Ümid" yatağında 6 972 metr dərinliyə malik ən dərin quyunun uğurla tamamlanması diqqətə çatdırılıb.

Qeyd olunub ki, layihənin yüksək təhlükəsizlik standartlarına uyğun, vaxtından əvvəl və səmərəli şəkildə icra olunması xüsusi əhəmiyyət kəsb edir.

Diqqətə çatdırılıb ki, “Neptun” qazma qurğusunda həyata keçirilən əməliyyatlar ölkənin neft-qaz sənayesində texnoloji imkanların genişləndirilməsi və dənizdə qazma işlərinin səmərəliliyinin artırılması baxımından mühüm rol oynayır.

Seçilən
2
2
ikisahil.az

3Mənbələr