Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.
May ayıdır, amma bir gün günəşli, bir gün yağışlı, bəzən isə gözlənilmədən soyuq… Sanki fəsillər qarışıb.
Bu qeyri-sabit hava təsadüfdür, yoxsa daha böyük dəyişikliklərin əlamətidir?
Məsələni Ölkə.az-a danışan ekoloq Qorxmaz İbrahimli bildirib ki, hazırki qeyri-sabit hava təsadüfdür.

Onun sözlərinə görə, 15 ildə, bəzən 20 ildə bir təkrarlanan havadır:
"Yəni, məsəl üçün, hər onillik sikldən bir havanın dəyişdiyini biz bilirik, görürük. Oxuduqlarımızda, gördüklərimizdə bunlar var. Ona görə narahat olmağa dəyməz. Hər şey öz seyrində gedir. Əgər may ayında hava şaxtalı keçsəydi, deyərdik ki, iqlim çox hiss olunacaq dərəcədə dəyişib və yaxud da sizin dediyiniz kimi fəsillər qarışıb. Heç bir fəsil qarışmayıb. Hər fəsil öz qaydasında gedir. Bizim şimal yarımkürəsində dörd fəsil var: qış, yaz, yay, payız. Yəni bu fəsillərin hamısı gözəldir, özünə görə xüsusiyyətləri var və öz sərhədləri var. Bəzən o sərhədləri bir az aşırlar.
Soyuq hava cərəyanları daxil olanda, bizim, deyək ki, Cənubi Qafqaza gəlib çıxana qədər dəyişilir. Yəni şimalda çox soyuq olan hava cənuba doğru hərəkət etdikcə isinərək gəlib çıxır. Bundan sonra da may ayı az yağışlı və isti keçəcək. Narahat olmayın, hər şey yaxşı olacaq. Allah eləsin yayımız da isti, günəşli və sağlıqlı olsun".
Həmidə İbrahimova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.