AZ

İran dipomatları Trampın səhvini LAĞA QOYDULAR

İranın Haydarabaddakı konsulluğu ABŞ Prezidenti Donald Trampın Tehrana müraciət edərkən səhv etdiyini göstərən paylaşımı lağa qoyub. 

“Cebheinfo.az” xəbər verir ki, səfirlik 5 may tarixində “X” sosial media hesabında Trampın səhvini göstərən bir mesaj paylaşılıb.

Belə ki, bir gün əvvəl Tramp İrana müraciət edərkən UNO oyunundan ən güclü kartları tutaraq çəkilmiş şəklini paylaşıb. O, bunun Amerika tərəfinin tam gücünü nümayiş etdirdiyini deyib. 

Lakin o, bu oyunda ən az kartı olan oyunçunun qalib gəldiyini nəzərə almayıb. Oyunun məqsədi də məhz bütün kartlardan qurtulmaqdır.

Konsulluq istehzalı şəkildə fotoya "Bəli, daha az kartımız var" şərhini verib. Onlar, paylaşma həmçinin İran generalının əlində cəmi dörd kart tutduğunun şəklini də əlavə ediblər.

Seçilən
7
cebheinfo.az

1Mənbələr