AZ

Leandro Andrade “Qarabağ”da 60-cı qolunu vurub

Leandro

Leandro Andrade “Qarabağ”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.

Peşəkar Futbol Liqasından AZƏRTAC-a verilən məlumata görə, portuqaliyalı yarımmüdafiəçinin yubileyi Premyer Liqanın XXX turunun “Turan Tovuz”la ev qarşılaşmasına (2:1) təsadüf edib.

Andrade 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 oyunda) qola imza atıb.

Qeyd edək ki, Leandro Andrade “Qarabağ”da ilk qolunu 2022-ci il aprelin 2-də “Səbail”lə (5:1) çempionat görüşündə vurub.

Seçilən
2
16
xalqcebhesi.az

10Mənbələr