AZ

Azərbaycan çempionu ÇL-də zəiflərin sırasında qərarlaşacaq

Çempionlar Liqasının 2026-27 mövsümündə 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaq daha iki komanda müəyyənləşib.

Slovakiyada “Slovan”, Bolqarıstanda isə “Levski” ölkə çempionluğunu qazanıblar.

“Slovan” növbəti mövsümün ilk püşkatması zamanı səpələnmişlərdə yer alacaqsa, “Levski”nin səbəti hələlik qeyri-müəyyəndir.

Tarixində ilk dəfə Azərbaycan çempionu olan “Sabah”ın da hansı səbətdə qərarlaşacağı hələlik bəlli deyil. Lakin möcuzə baş verməsə, çempionumuz səpələnməmişlərin – yəni zəiflərin sırasında qərarlaşacaq.

Məsələ burasındadır ki, qitənin ən nüfuzlu klub turnirinin 1-ci raundunda 32 komanda mübarizə aparacaq, hər səbətə 16 klub düşəcək.

Artıq səpələnmişlərin 7 “sakini” bilinir. Həmçinin Bosniya və Herseqovina çempionunun da orada qərarlaşacağı dəqiqdir. Qeyri-müəyyənlərdən isə 6-sının əmsalı “Sabah”dan yüksəkdir.

Valdas Dambrauskasın yetirmələri hazırda cəmi 4 komandanı üstələyir.

Bu isə o deməkdir ki, ÇL-in 1-ci təsnifat mərhələsinə qatılacaq növbəti 13 komandadan cəmi 2-sinin əmsalı “Sabah”dan yüksək olsa, təmsilçimiz səpələnməmişlərə düşəcək.

1-ci təsnifat mərhələsində iştirakı dəqiqləşən komandalar aşağıdakılardır:

Səpələnmişlər: “Slovan” (Slovakiya), “Selye” (Sloveniya), “Şemrok Rovers” (İrlandiya), “KuPS” (Finlandiya), “Linkoln” (Cəbəllüttariq), “Vikinqur” (Reykyavik, İslandiya) “Kayrat” ( Qazaxıstan), Bosniya və Herseqovina çempionu;

Səpələnməmişlər: “İberiya” (Gürcüstan), “Tre Fiori” (San Marino), “Vitebsk” (Belarus);

Qeyri-müəyyənlər: “Riqa” (Latviya), “Klaksvik” (Farer adaları), “Flora” (Estoniya), “Larne” (Şimali İrlandiya), TNS (Uels), “Levski” (Bolqarıstan), “Sabah” (Azərbaycan), “Kauno” (Litva).

Seçilən
12
sportinfo.az

1Mənbələr