"Gecə zəng vurdu ki, işdən əvvəl görüşək, dərdləşək. Dedi, Şuşa çəkilişini nə vaxta salırsan? Cavab verdim, oktyabrda. Qayıtdı ki, əvvələ sal, qorxuram sonra çatdırmaram. Ömrünün sonunu hiss edirdi".
Medicina.az xəbər verir ki, Əməkdar artist Tahir İmanov "Söhbət var" proqramında Əməkdar artist Cabir İmanovdan danışıb. O bildirib ki, C.İmanov ölümünü sanki əvvəldən hiss edib
" Çox fikir edirdi ki, niyə bizə qadağalar qoyublar, get araşdır. Cavab verirdim ki, düzələcək, qismətimizdir. İstənilən sənətkarın karyerasına bu qadağa yaraşıq verir. 2019-cu ildə Ölkə rəhbəri ilə görüşdük və qadağa aradan qaldırıldı. Cabirin sevincinin həddi yox idi, özünə yer tapa bilmirdi".
Aygün M