AZ

Ermənistanda revanşist düşərgə yenə kin qusur

Ermənistanda keçirilən Avropa Siyasi Birliyi sammiti ətrafında revanşist düşərgənin tənqidləri davam edir.

Musavat.com xəbər verir ki, Azərbaycana və sülh prosesinə qarşı mövqeyi ilə tanınan erməni politoloq Suren Surenyants sammitlə bağlı Paşinyana qarşı ittihamlar səsləndirib.

Onun sözlərinə görə, İrəvanda keçirilən toplantı Ermənistanın Avropa inteqrasiyasına real töhfə verməyib. Surenyants iddia edib ki, Avropa İttifaqının gündəmində Ermənistanın üzvlüyü məsələsi yoxdur. Revanşist politoloq həmçinin bildirib ki, sammit əslində demokratiya və islahatlar üçün deyil, baş nazir Nikol Paşinyan hakimiyyətinin möhkəmləndirilməsinə xidmət edib.

Suren Surenyants tədbir fonunda Avropa ilə Rusiya arasında Ermənistan üzərindən informasiya qarşıdurmasının başladığını iddia edib və bunu xüsusilə Fransa prezidenti Emmanuel Makronun çıxışları ilə əlaqələndirib.

Surenyants öz yazısında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesinə dair qərəzli yanaşma sərgiləyərək müxtəlif ittihamlar səsləndirib.

Musavat.com

Seçilən
12
musavat.com

1Mənbələr