AZ

Malayziyalı kişi yaddaşını itirən həyat yoldaşı ilə yenidən evlənib

Malayziya sakini, səkkiz il əvvəl baş vermiş qəza nəticəsində yaddaşını itirən həyat yoldaşı üçün təkrar toy mərasimi təşkil edib.

Ölkə.Az "Mothership"ə istinadən xəbər verir ki, yol qəzasından sonra komaya düşən qadın ayıldıqda nə həyat yoldaşını, nə də övladlarını tanıyıb. O, həmçinin bir çox fundamental bacarıqlarını itirdiyi üçün həmin vaxtdan bəri tamamilə ərinin himayəsindən asılı vəziyyətə düşüb.

Həyat yoldaşı etiraf edib ki, övladlarının hələ kiçik olması səbəbindən bu dövr onun həyatının ən ağır sınağı olub. Lakin o, ailəsi naminə güclü qalmağa və yeni xatirələr yaratmağa qərar verib.

Təkrar nikah mərasimi ailə daxilində, övladların və fotoqrafın iştirakı ilə sadə şəkildə keçirilib. Ənənəvi libaslar geyinən cütlüyün toyunda uşaqlar gül ləçəkləri səpib, bəy isə illər öncəki orijinal nikah üzüklərini hazırlayıb. Mərasim zamanı kövrələn qadın, bu illər ərzində ona göstərdiyi sonsuz dəstəyə görə həyat yoldaşına minnətdarlığını bildirib.

Seçilən
15
1
olke.az

2Mənbələr