AZ

Ukraynada səfərbərlik yaşının 23 ə endirilməsi müzakirə olunur

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 5 may, AZƏRTAC

Ukrayna qanunvericiləri cəbhədə əsgər çatışmazlığı səbəbindən səfərbərlik yaşının 25-dən 23-ə endirilməsini müzakirə edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə ukraynalı vəkil Sergey Starenkin “Novosti.Live” verilişində bildirib.

Onun sözlərinə görə, Ali Radanın deputatları hazırda bu təşəbbüsü müzakirə edirlər və bundan sonra qanuna müvafiq dəyişikliklər edilməsi gözlənilir.

Xatırladaq ki, Ukraynada ümumi səfərbərlik 2022-ci ilin fevralında elan edilib və bir neçə dəfə uzadılıb. Əvvəlcə 27-60 yaş arası kişilər hərbi xidmətə çağırılırdı, lakin 2024-cü ilin aprelində bu yaş 25-ə endirilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
4
azertag.az

5Mənbələr