AZ

İngiltərənin titullu klubu mövsümü xalsız başa vuraraq aşağı liqaya düşüb

Azertag saytına istinadən ain.az xəbər verir.

Bakı, 5 may, AZƏRTAC

“Şeffild Uensdey” klubu İngiltərə Çempionşipinin 46-cı turunda “Vest Bromviç Albion” üzərində 2:1 hesablı qələbə qazanaraq mövsümü xalsız başa vurub.

AZƏRTAC xəbər verir ki, daha əvvəl maliyyə feyr-pley qaydalarını pozduğuna görə komandanın hesabından 18 xal silinmişdi. Dekabrın əvvəlində aşağı liqa təmsilçisinin xallarının sayı -10, son turadək isə -3 idi. Mövsümün sonuncu oyununda qazanılan qələbə sayəsində Şeffild təmsilçisi mənfi xallardan xilas olub.

Bu nəticə İngiltərə Futbol Liqası (Çempionşip, Liqa 1 və Liqa 2) tarixində ən zəif göstəricilərdən biri kimi qeydə alınıb.

Qeyd edək ki, “Şeffild Uensdey” İngiltərə çempionatının dördqat qalibi, ölkə kubokunun üçqat sahibi, həmçinin Liqa kubokunun qalibidir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
3
azertag.az

4Mənbələr