AZ

“Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub” - Paşinyan

“Ermənistan və Azərbaycan arasındakı münasibətlərdə ən vacib nailiyyət sülhün bərqərar olmasıdır”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan-Avropa İttifaqı sammitinin iclasında sonra keçirdiyi mətbuat konfransında deyib.

“Qeyd edilməli ən vacib məqam odur ki, hazırda Azərbaycanla sülh münasibətlərimiz var. Və qeyd etməliyik ki, əvvəlki dövrdə Azərbaycanla atışmaların, itkilərin və yaralanmaların olmadığı iki il, hətta bir il belə olmayıb”, - deyə siyasətçi vurğulayıb.

Paşinyan bildirib ki, ilk dəfə olaraq Ermənistan və Azərbaycan eyni və ya çox oxşar dildən istifadə edirlər.

Daşqın HəsənovMissiya.Az

Seçilən
26
missiya.az

1Mənbələr