AZ

İrəvan QARIŞDI: Revanşistlər AYAĞA qalxdı, avropalı liderlər isə… - VİDEO

Ermənistanda keçirilən sammit fonunda revanşist düşərgənin təşkil etdiyi aksiya diqqət çəkib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, Avropa İttifaqı-Ermənistan sammiti çərçivəsində İrəvanda prezident iqamətgahı qarşısında keçirilən etiraz aksiyasında səsləndirilən çağırışlara sammit iştirakçıları heç bir reaksiya verməyib.

Aksiya iştirakçıları həm Ermənistanda saxlanıldığı iddia olunan şəxslərin, həm də Azərbaycanda erməni terrorçularının azad olunması ilə bağlı şüarlar səsləndiriblər. Lakin iqamətgahı tərk edən rəsmi şəxslər bu çağırışları cavabsız qoyublar.

Qeyd olunur ki, artıq bir neçə gündür ki, Avropa tədbirləri ilə paralel şəkildə keçirilən bu aksiya revanşist və müxalif dairələrin təşəbbüsü ilə təşkil edilib. Aksiya zamanı Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan çıxış edərək hakimiyyəti tənqid edib. O bildirib ki, prezident iqamətgahında Ermənistan və Avropa İttifaqı bayraqlarının yanaşı dalğalanması zahirən müsbət görüntü yaratsa da, ölkənin suverenlik məzmununun zəiflədiyini iddia edib. Aşotyan həmçinin sammitin baş nazir Nikol Paşinyanın seçki kampaniyasının tərkib hissəsi kimi təşkil olunduğunu irəli sürüb. Revanşist siyasətçi aksiyanın əsas məqsədinin sammit iştirakçılarına “öz həqiqətlərini çatdırmaq” olduğunu bildirib və Ermənistanın son illərdə təhlükəsizlik və xarici siyasət sahəsində zəif mövqe tutduğunu iddia edib.

 

Musavat.com

Seçilən
11
musavat.com

1Mənbələr