AZ

Fənər in bu futbolçusu Fərdi Kadıoğlu ilə yenə komanda yoldaşı ola bilər

ain.az, Footbal-plus portalına istinadən məlumat verir.

''Fənərbaxça''nın yarımmüdafiəçisi İsmayıl Yüksəklə bağlı yeni transfer iddiası ortaya atılıb. Nqolo Kante və Matteo Genduzinin transferinin ardından oynamaq şansı əhəmiyyətli dərəcədə azalan bu futbolçu klubdan ayrılmaq istəyir. Türkiyənin ''Təqvim'' nəşrinin yazdığına inansaq, İsmayıl bu istəyini artıq rəhbərliyə bildirib. Ona ''Brayton'' və ''Bayer-04''ün marağı var. İngiltərə təmsilçisi daha çox canfəşanlıq edir. Yüksək ''Brayton''a yollansa, Fərdi Kadıoğlu ilə yenidən komanda yoldaşı olacaq. Ötən mövsümün gedişində ona ''Benfika''nın maraq göstərdiyi haqda xəbərlər dolaşırdı. Elə ötən yay da İsmayılın ayrılmaq ehtimalı yaranmışdı. Ancaq rəhbərlik onu komandada qalmağa razı sala bilmişdi. İstənilən halda mövsüm bitən kimi ''Fənər''də prezident seçkiləri gözlənilir. İsmayıl ilə bağlı qərarı yeni rəhbərlik verəcək. Amma 27 yaşlı futbolçunun yayda ayrılmaq ehtimalı çox yüksəkdi. Türkiyə yığmasının üzvü bu mövsüm 45 rəsmi oyunda iştirak edərək aktivinə 2 qol, 2 məhsuldar ötürmə yazıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
1
icma.az

2Mənbələr