AZ

“Qurban olum, bir övladım var, maşını saxla” Uşağını nəzarətsiz qoyan valideyn VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda yol-nəqliyyat hadisələrinin qarşısının alınması və piyadaların təhlükəsizliyinin təmin olunması məqsədilə hazırlanan sosial çarxlar cəmiyyət tərəfindən maraqla qarşılanır. Çəkilən növbəti maarifləndirici reklam çarxı da izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.

Avtosfer.az xəbər verir ki, sözügedən reklam çarxında diqqət valideyn məsuliyyəti və uşaqların yolda təhlükəsiz davranışı mövzusuna yönəldilib. Süjetə əsasən, yüksək sürətlə hərəkət edən yük maşınının yaxınlaşdığı anda balaca qız valideyn nəzarətindən kənarda qalaraq yola düşən topunu götürmək üçün qəfil hərəkət edir. Həmin anın dramatik şəkildə canlandırılması valideyn diqqətsizliyinin hansı ağır nəticələrə səbəb ola biləcəyini açıq şəkildə nümayiş etdirir.

Çarxda verilən əsas mesaj ondan ibarətdir ki, uşaqların təhlükəsizliyi birbaşa valideyn nəzarətindən asılıdır. Bir anlıq diqqətsizlik belə geri dönüşü olmayan faciələrə, ağır peşmançılığa və arzuolunmaz nəticələrə gətirib çıxara bilər.

Mütəxəssislər dəfələrlə qeyd edir ki, xüsusilə azyaşlıların yol kənarında və ya nəqliyyatın intensiv olduğu ərazilərdə tək buraxılması ciddi risk yaradır. Bu kimi sosial çarxların əsas məqsədi isə həm sürücüləri, həm də valideynləri daha məsuliyyətli olmağa çağırmaq, yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirməni gücləndirməkdir.

Eltac Zülfüqaroğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
avtosfer.az

1Mənbələr