ain.az, Azpolitika.az saytına istinadən bildirir.
Xəbər verildiyi kimi, ötən gecə Ukrayna Rusiyanın Çeboksarı şəhərindəki hərbi zavoda raket zərbələri endirib.
“AzPollitika” xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Çeboksarıdakı zavoda endirilən zərbəni təsdiqləyib.
Ukrayna başçısı öz Telegram kanalında zərbə üçün Ukraynanın qanadlı raketlərindən istifadə edildiyini qeyd edib və raketlərin buraxılışı ilə bağlı video paylaşıb. Raketlərin 1500 kilometr məsafədəki hədəfi uğurla vurduğu qeyd edilir.
Dövlət başçısı yazıb ki, Rusiyanın zərbələrinə cavab olaraq Ukraynanın uzunmənzilli zərbələri haqlı olaraq tətbiq edilir: "Dünən gecə Silahlı Qüvvələrin Çeboksarıdakı hərbi-sənaye obyektləri də daxil olmaqla bir neçə düşmən hədəfinə qarşı "Dərin Zərbə" Əməliyyatının bir hissəsi olaraq F-5 "Flamingo" qanadlı raketləri buraxılıb".
Sözügedən zavod Rusiya Hərbi Dəniz Qüvvələrinə, raket sənayesinə, aviasiyaya və zirehli texnikaya naviqasiya komponentləri tədarük edirdi.
“AzPolitika.info”
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.