BAKI. TurkicWorld:
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaja Kallas arasında görüş keçirilir.
TurkicWorld xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, səfər dəyişən regional və qlobal dinamika fonunda Azərbaycan - Avropa İttifaqı əməkdaşlığı və dialoqunun əhəmiyyətini vurğulayır:
"Bu, qarşılıqlı hörmət və ortaq maraqlar əsasında əməkdaşlığın genişləndirilməsi üçün bir fürsət yaradır".