AZ

MİDA sakinlərin şikayətlərinə münasibət bildirdi

Sosial şəbəkələrdə MİDA-nın təhvil verdiyi binalarda, xüsusilə Yasamal rayonunda yerləşən yaşayış kompleksində təmizlik qaydalarına riayət olunmaması ilə bağlı bir sıra şikayətlər paylaşılır.

 

“MİDA” MMC-dən Pravda.az-a verilən açıqlamaya görə, kommunal şöbəsi tərəfindən göstərilən xidmətlərin keyfiyyəti və sakinlərin rahatlığı daim diqqət mərkəzində saxlanılır.

 

Bildirilib ki, “MİDA” MMC-nin binadaxili təmizlik işləri daxili iş bölgüsünə və mövcud texniki heyətin sayına uyğun olaraq təşkil olunur.

 

“Ümumi istifadə sahələrinin (bloklar, liftlər, həyətyanı sahələr) təmizliyi, məişət tullantılarının atılması işçilər tərəfindən həyata keçirilir. Həmçinin yaşayış komplekslərinin ərazisində təmizlik və təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə sakinlərin məlumatlandırılması üçün maarifləndirici lövhələr quraşdırılır.  Çoxmənzilli yaşayış binalarının idarə olunması çərçivəsində nəqliyyat vasitələrinin, o cümlədən qəzalı və ya istismara yararsız avtomobillərin park edilməsi qaydalarına nəzarət edilməsi və həmin nəqliyyat vasitələrinə qarşı inzibati təsir tədbirlərinin görülməsi “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətlərinə daxil deyil. Qeyd olunan məsələ ilə bağlı vətəndaşlara aidiyyəti dövlət qurumlarına müraciət etmələri tövsiyə olunur. Nəzərə almağınızı xahiş edirik”, - məlumatda qeyd olunub.

 

Şəhanə Quliyeva

Tarix: 5 May 2026, 14:55   
Seçilən
35
pravda.az

1Mənbələr