AZ

“Mercedes” Antonelli barədə günahını etiraf etdi

Idman.biz saytına istinadən ain.az xəbər verir.

“Formula-1” dünya çempionatının Mayami mərhələsində “Mercedes” komandası gənc pilotu Kimi Antonellinin zəif startlarına görə məsuliyyəti öz üzərinə götürüb. İtaliyalı sürücü həm sprint yarışında, həm də əsas qran-pridə start zamanı bir neçə pillə geriləyib.

İdman.Biz xəbər verir ki, dörd yarışda dörd poul-pozisiyası qazanmasına baxmayaraq, Almaniya təmsilçisi hələ bir dəfə də olsun ilk döngəyə lider kimi daxil ola bilməyib. Komandanın rəhbəri Toto Volff bildirib ki, bu, pilotun deyil, komandanın səhvidir. Onun sözlərinə görə, mühəndislər sürücüləri mufta və ilişmə qüvvəsi ilə bağlı lazımi məlumatlarla təmin edə bilmirlər.

Toto Volff vurğulayıb ki, komanda bu il keçirilən bütün qran-prilərdə qələbə qazansa da, startdakı problemləri həll etməlidir. O, rəqiblərlə aradakı fərqin böyük olmadığını və startdakı səhvlərin gələcəkdə ciddi xal itkilərinə səbəb ola biləcəyini qeyd edib. Hazırda mühəndislər bu texniki nasazlığın aradan qaldırılması üçün araşdırmaları davam etdirirlər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
icma.az

1Mənbələr