AZ

Moskva aeroportları PUA hücumu səbəbindən fəaliyyətini dayandırıb

Moskvanın bütün hava limanları fəaliyyətini dayandırıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, buna səbəb Ukraynanın Moskvaya PUA hücumu olub.

Şeremetyevo hava limanının mətbuat xidməti müvəqqəti məhdudiyyətlərin tətbiq olunduğunu açıqlayıb. Uçuş cədvəlində dəyişikliklərin mümkünlüyü barədə xəbərdarlıq olunub.

Vnukovo, Domodedovo və Jukovski bütün təyyarələrin gəlişini və uçuşunu dayandırdığını açıqlayıb.

Məhdudiyyətlərin "Xalça" planı səbəbindən tətbiq edildiyi bildirilib.

Seçilən
14
15
yeniazerbaycan.com

10Mənbələr