AZ

Böyük əməliyyatın ANONSU: İranın hava məkanına qarşı hazırlıq MÜŞAHİDƏ OLUNUR – VİDEO

Yaxın Şərq səmasında ABŞ-nin 22-dən çox yanacaq dolduran təyyarəsi aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Yaxın Şərq regionunda hava məkanı ciddi aktivlik müşahidə olunur. ran mətbuatı bildirir ki, hazırda bölgə səmasında ən azı 22 ədəd ABŞ yanacaq dolduran təyyarəsi var.

Hərbi mütəxəssislərin qeyd etdiyi kimi, bu say təxminən 45–110 döyüş təyyarəsinin havada dəstəklənməsinə bərabərdir.

Bu qədər sayda yanacaq dolduran təyyarənin mövcudluğu, adətən, böyük miqyaslı hərbi əməliyyatın və ya genişmiqyaslı zərbə endirilməsinin hazırlandığına, yaxud da geniş bir əməliyyatın imitasiyasına işarədir.

Mətbuat İranın növbəti bir neçə saat ərzində ehtimal olunan hücuma hazır olması barədə xəbərdarlıq edib.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
33
50
interpress.az

10Mənbələr