AZ

“Qalatasaray”da ayrılıq qərarı: 6 milyonluq transfer gözləntiləri doğrultmadı

BAKI, 5 may. TELEQRAF

Superliqa təmsilçilərindən “Qalatasaray”da mövsümün sonunda ayrılıq yaşanacağı gözlənilir.

Teleqraf xəbər verir ki, İstanbul təmsilçisinin qış transfer pəncərəsində “Eyüpspor”dan təxminən 6 milyon avroya heyətinə qatdığı Ahmet Kutucu komandadan ayrıla bilər.

Türkiyə mətbuatının məlumatına görə, “sarı-qırmızılar”da gözləntiləri doğrultmayan hücumçunun klubda qalması real görünmür. Müntəzəm oyun praktikası qazanmaqda çətinlik çəkən Kutucu meydana çıxdığı görüşlərdə də istənilən effekti verə bilməyib.

“Qalatasaray”ın futbolçunu Türkiyə daxilində mümkün transfer danışıqlarında istifadə etməyi düşündüyü bildirilir. Ahmet Kutucunun adı son günlər “Trabzonspor”la da hallanır.

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 17 matçda 488 dəqiqə meydanda olub. O, bu müddətdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
27
2
teleqraf.com

3Mənbələr