AZ

Təyyarə binaya çırpıldı: Ölənlər var

Braziliyanın Belo Horizonte şəhərində 5 nəfəri daşıyan kiçik təyyarənin bir binaya çırpılması nəticəsində 3 nəfər həyatını itirib.

"Cebheinfo.az" xəbər verir ki, Braziliyanın cənub-şərqindəki Minas Gerais ştatına bağlı Belo Horizonte şəhərindən San-Pauluya getmək üçün havalanan kiçik təyyarə, Pampulha hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra yaşayış bölgəsindəki 3 mərtəbəli binaya çırpılıb.

Yanğından Mühafizə Departamentindən qəza ilə bağlı verilən ilk açıqlamada pilot və köməkçi pilotun hadisə yerində dünyasını dəyişdiyi, təyyarədəki 3 sərnişinin isə ağır yaralı olaraq xəstəxanaya aparıldığı bildirilib.

Qəzadan sonrakı saatlarda Minas Gerais ştat hökumətindən verilən məlumatda xəstəxanaya yerləşdirilən sərnişinlərdən birinin öldüyü, digər 2 sərnişinin vəziyyətinin isə stabil olduğu qeyd edilib.

Rəsmilər hadisə zamanı bina sakinlərindən kimsənin yaralanmadığını və tikiliyə ciddi zərər dəymədiyini bildiriblər.

Seçilən
30
cebheinfo.az

1Mənbələr