AZ

Binanın həyətində bir ailənin meyiti tapıldı

Rusiyanın Kalininqrad şəhərində ailə faciəsi baş verib. 

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, çoxmərtəbəli binanın həyətində 3 nəfərin (qadın cinsli) meyiti tapılıb. 

Qeyd olunur ki, ölən şəxslər bir ailənin üzvüdür (70 yaşlı qadın və onun 41 yaşlı qızı və üç yaşlı nəvəsi). Ailə binanın doqquzuncu mərtəbəsində kirayə mənzildə yaşayırmış. İlkin ehtimallara görə, onlar intihar ediblər. Rusiya hüquq-mühafizə orqanlarının məlumatına görə,  intihar edən 70 yaşlı qadın ruhi xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır. 

Seymur Əli

Seçilən
23
1
unikal.az

2Mənbələr