AZ

İtaliya ilə yeni iqtisadi mərhələ: Baş nazirin səfəri nələri vəd edir? – ÖZƏL

"İtaliyanın Azərbaycanın strateji tərəfdaşı olması, təbii ki, Azərbaycanın həm Avropa məkanında, həm də ümumilikdə qlobal müstəvidə manevr imkanlarını daha da genişləndirən mühüm amillərdən biridir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, ümumiyyətlə, Azərbaycan çoxvektorlu xarici siyasət kursu ilə bir sıra önəmli nəticələrə nail olub, qlobal məkandakı mövqeyini və nüfuzunu maksimum səviyyədə gücləndirə bilib. Məsələ ondadır ki, Azərbaycan həm Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşı kimi çıxış edir, həm də Şərqi Avropa ölkələri ilə birbaşa, ikitərəfli və kifayət qədər yaxın dostluq və strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Bu amil Azərbaycanın qlobal nüfuzuna əlavə töhfə verir və onun beynəlxalq münasibətlər sistemində rolunu daha da möhkəmləndirir. Təbii ki, bu kontekstdə İtaliya kimi Avropa Birliyinin aparıcı və avanqard dövlətlərindən birinin Azərbaycanla strateji tərəfdaş olması ölkəmizin beynəlxalq nüfuzuna müsbət təsir göstərir. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycanın beynəlxalq müstəvidə dəstək imkanlarını genişləndirir və ölkəyə yönəlik siyasi və iqtisadi dəstəyin güclənməsinə xidmət edir. Bu baxımdan hesab etmək olar ki, İtaliyanın baş nazirinin Azərbaycana səfəri hər iki ölkə üçün olduqca böyük əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycan ilə İtaliya arasında ortaq iqtisadi və ticarət maraqlarının daha geniş miqyasda inkişaf etməsi üçün yeni perspektivlər açır. Böyük ehtimalla, bundan sonrakı mərhələdə də Azərbaycan-İtaliya münasibətləri yüksələn xətt üzrə inkişaf edəcək və hər iki dövlətin ortaq maraqları beynəlxalq müstəvidə mövqelərin uzlaşdırılması və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün möhkəm zəmin yaradacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
7
olaylar.az

1Mənbələr