Mədəniyyət naziri Adil Kərimli Beyləqanda vətəndaşları qəbul edəcək.
Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, vətəndaş qəbulu 22 may saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində olacaq.
Qəbul Beyləqan, İmişli, Saatlı, Sabirabad, Xocavənd rayonlarından olan vətəndaşlar üçün nəzərdə tutulub.