“Real” məxsus olan və hazırda icarə əsasında “Lion”da çıxış edən Endrik karyerasını “Arsenal”da davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, London klubunun baş məşqçisi Mikel Arteta 19 yaşlı hücumçunu heyətdə görmək istəyir. “Arsenal”ın bu transfer üçün “Real”a 100 milyon avro təklif etməyə hazır olduğu bildirilir.
Qeyd edək ki, Endrik 2024-cü ildə “Palmeyras”dan Madrid klubuna transfer olunub. O, “Olimpik Lion”da 19 oyunda 8 qol və 7 assistlə diqqət çəkib.