AZ

AQC və ABA Milli Qiymətləndirmə Standartlarını müzakirə edib

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC), Azərbaycan Banklar Assosiasiyasının (ABA) və ölkədə fəaliyyət göstərən aparıcı bankların nümayəndələri arasında “Zoom” platforması üzərindən onlayn işgüzar görüş keçirilib.

Görüşdə AQC tərəfindən İdarə Heyətinin sədri Vüqar Oruc, sədrin birinci müavini Fərid Rüstəmov, AQC sədrinin müşaviri Asif İbrahimov, AQC Beynəlxalq əlaqələr departamentinin rəhbəri Asif Yusubov və AQC İdarə Heyətinin üzvü Samir Nəsibov iştirak ediblər.

ABA tərəfindən isə “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun sədri Qorxmaz Ağayev, layihələr üzrə menecerlər Elçin Həsənov tədbirə qatılıblar.

İclasın əsas müzakirə mövzusu AQC tərəfindən böyük peşəkarlıqla hazırlanan Milli Qiymətləndirmə Standartlarının (MQS) təkmilləşdirilməsi və bu layihəyə ABA tərəfindən təqdim olunan rəy və təkliflərin təhlili olub.

İclas zamanı qeyd olunub ki, Milli Qiymətləndirmə Standartlarının qəbulu ölkədə daşınmaz əmlak və digər aktivlərin qiymətləndirilməsi sahəsində şəffaflığı artıracaq, bank-müştəri-qiymətləndirici münasibətlərini beynəlxalq tələblərə uyğun tənzimləyəcəkdir.

AQC İdarə Heyətinin sədri Vüqar Oruc mövzu ilə bağlı bildirib ki, bank sektoru qiymətləndirmə xidmətlərinin ən böyük sifarişçilərindən biridir. Bu baxımdan, hazırlanan yeni standartların bankların praktiki tələblərinə və beynəlxalq təcrübəyə cavab verməsi prioritet məsələdir. ABA tərəfindən verilən təkliflər standartların daha əhatəli və işlək mexanizmə sahib olması üçün olduqca əhəmiyyətlidir.

İclasda ABA nümayəndələri tərəfindən təqdim olunan hər bir təklif detallı şəkildə nəzərdən keçirilib və onların sənədin son versiyasına inteqrasiya edilməsi müzakirə olunub. Tərəflər bu cür birgə müzakirələrin maliyyə sektorunun sabitliyinə və qiymətləndirmə institutunun inkişafına mühüm töhfə verəcəyini vurğulayıblar.

Sonda bu istiqamətdə görüşlərin və müzakirələrin mütəmadi olaraq keçirilməsi, iki sektorun arasında fəaliyyətin əlaqələndirilməsi barədə razılığa gəlinib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
5
cebheinfo.az

6Mənbələr