AZ

Sayğac quraşdırılarsa: İstilik mövsümünün müddəti də uzadılacaq?

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2023-cü il 5 sentyabr tarixli 303 nömrəli Qərarı ləğv edilib. 

Yeni qaydalara əsasən, satıcı və istehlakçı arasında istilik və isti suyun verilməsinə görə hesablaşma aparılması üçün balans mənsubiyyəti sərhədində, bu mümkün olmadığı hallarda isə istilik mənbəyində “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanuna uyğun olaraq tipi təsdiq edilmiş və yoxlamadan keçmiş müvafiq sayğac quraşdırılmalıdır. 

Qeyd edək ki, ölkədə mərkəzləşdirilmiş istiliyin verilməsi “Azəristiliktəchizat” ASC tərəfindən həyata keçirilir. Hazırda evlərdə istilik enerjisinin təminatı ilə bağlı sayğaclar quraşdırılmayıb. Xatırladaq ki, Nazirlər təsdiqlədiyi “İstilik enerjisindən istifadə qaydaları”na əsasən Bakı şəhərində və respublikanın regionlarında istilik mövsümü 15 noyabrda başlayır və 15 apreldə başa çatır. Hava şəraiti respublikanın digər ərazilərinə nisbətən daha soyuq olan ərazilərdə mövsüm 15 gün tez başlayır, 15 gün gec bitir. Belə ki, noyabrın 1-i başlayır, mayın 1-də yekunlaşır. 

Sayğac quraşdırılacağı təqdirdə istiliyin verilmə müddətini vətəndaş özü tənzimləyə bilərmi? Yəni istilik mövsümünün müddətini bütün respublika üzrə uzatmaq mümkündürmü?

Məsələ ilə bağlı “Azəristliktəchizat” ASC-dən “Cebheinfo.az”-a bildirilib ki, istiliyin verilmə müddətini vətəndaş özü tənzimləyə bilməyəcək: 

“İstilik mövsümünün müddəti 4 may 2026-cı il tarixdə təsdiq olunmuş “İstilik enerjisindən istifadə qaydaları”nda öz əksini tapıb. Sayğacın istilik mövsümünə heç bir aidiyyəti yoxdur”. 

Seçilən
8
1
cebheinfo.az

2Mənbələr