AZ

Makron Pezeşkiana nə deyəcəyini SİRR SAXLAYIR

Fransa Hörmüz boğazında bütün hərbi əməliyyatlara son qoyulmasını istəyir. 

“Cebheinfo.az” xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron bunu 5 may tarixində İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirib.

"Biz qaydalara və razılaşmalara uyğun olaraq azad və ədalətli ticarət istəyirik. Əldə edilən razılaşmalara hörmət edilməlidir", - deyə Makron bildirib. 

O, vəziyyəti sabitləşdirmək üçün tədbirlərin görülməsinin vacibliyini əlavə edib: "Ölkələrimizin sabitliyə və etibara ehtiyacı var və ümid edirik ki, müdriklik qalib gələcək".

Paris və Tehran arasındakı danışıqlarla bağlı suala cavab olaraq Makron İran Prezidenti Məsud Pezeşkianla danışacağını deyib. Lakin İran tərəfinə nə deyəcəyini bildirməyib.

"Fransa əvvəldən məlum mövqeyini qoruyub saxlayıb. Biz bütün hərbi əməliyyatlara son qoyulmasını və regiondakı bütün ölkələrə hörmətlə yanaşılaraq diplomatik hərəkət etməyi tələb edirik",- deyə  Makron bildirib. 

O, İranın BƏƏ-yə hücumunu pisləyib və boğazdan tranzitin vacib olduğunu xatırladıb: "Bu, ödənişlər və ya məcburi tədbirlər olmadan bütün ölkələr üçün açıq olmalıdır. Hər hansı bir eskalasiya səhvdir, bu, gərginliyi artırır".

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr