Ermənistan Müdafiə Nazirliyi SOFEMA Group və Airbus Helicopters ilə nəqliyyat helikopterləri və hərbi texnika tədarükünə dair müqavilə imzalayıb.
Müqavilə silahlı qüvvələrin mobilliyinin və logistika imkanlarının gücləndirilməsinə yönəlib.
Paralel olaraq, FlyOne Armenia donanmasını genişləndirmək məqsədilə iki ədəd Airbus A321neo tipli təyyarənin alınması ilə bağlı razılaşma əldə edib.
Bu addım ölkədə mülki aviasiya sektorunun inkişafı və sərnişindaşıma imkanlarının artırılması kimi qiymətləndirilir.
Aytac