AZ

Nəfəs darlığı ilə xəstəxanaya müraciət etdi, həkimlər gördüklərinə inanmadı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

ABŞ-da 87 yaşlı kişi ciddi nəfəs darlığı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Meşə yanğınlarının tüstüsünə uzun müddət məruz qaldıqdan sonra vəziyyəti ağırlaşan xəstənin tənəffüs yollarında qeyri-adi mənzərə aşkarlanıb.Demokrat.az "New England Journal of Medicine" jurnalına istinadən xəbər verir ki, həkimlər bronx və nəfəs borusunda qalın, qara rəngli və ağac budaqlarını xatırladan tıxaclar aşkar ediblər. Bu nadir hal tibb ədəbiyyatında “plastik bronxit” kimi tanınan xəstəliklə əlaqələndirilib.Məlumata görə, xəstənin vəziyyəti xəstəxanaya daxil olduqdan sonra sürətlə pisləşib. Onun qanında oksigen səviyyəsi təhlükəli həddə düşüb və süni tənəffüs aparatına qoşulub. Aparılan bronxoskopiya və digər müayinələr zamanı tənəffüs yollarını demək olar ki, tam bağlayan “bronxial qəliblər” müəyyən edilib.Plastik bronxit nadir rast gəlinən xəstəlikdir və tənəffüs yollarında selik və hüceyrə qalıqlarının birləşərək rezinəbənzər strukturlar yaratması ilə xarakterizə olunur. Bu strukturlar adətən açıq rəngli olsa da, bu halda tüstü təsiri nəticəsində qara rəng alıb.Mütəxəssislərin sözlərinə görə, xəstəliyin əsas səbəbi limfa sisteminin pozulmasıdır. Limfa dövranındakı nasazlıq nəticəsində maye tənəffüs yollarına sızır və zamanla bərkiyərək tıxaclara çevrilir. Bu isə nəfəs darlığı, sinə ağrısı, öskürək və qızdırma kimi simptomlara səbəb ola bilər.Diaqnoz bronxoskopiya vasitəsilə təsdiqlənib. Bəzi hallarda limfa sistemində sızmanın mənbəyini müəyyən etmək üçün xüsusi “mavi bronxoskopiya” üsulundan da istifadə olunur.Müalicə xəstəliyin səbəbindən asılı olaraq dəyişir. Tıxaclar bronxoskopiya zamanı mexaniki olaraq çıxarılır, limfa sızması aşkar edilərsə, cərrahi müdaxilə tələb oluna bilər. Erkən diaqnoz qoyulduqda xəstəliyin müalicəsi mümkündür.Bildirilir ki, xəstə bir həftəlik müalicədən sonra reanimasiyadan çıxarılıb, iki həftə ərzində isə tənəffüsü tam bərpa olunaraq evə buraxılıb.Mütəxəssislər xəbərdarlıq edir ki, meşə yanğınları kimi yüksək hissəcikli hava çirklənməsinə uzun müddət məruz qalmaq ciddi tənəffüs problemlərinə səbəb ola bilər. Xüsusilə yaşlılar və xroniki xəstəliyi olan şəxslərə belə mühitlərdən uzaq durmaq tövsiyə olunur.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
demokrat.az

1Mənbələr