AZ

Nigar Köçərli lə klinikanın məhkəmə qalmaqalı: Görüntülər silinib

“Bu gün "Liv Bona Dea" klinikasının mənə qarşı qarşı 222 395 AZN məbləğində təzminat iddiası üzrə məhkəmə prosesinin növbəti  hazırlıq iclası keçirildi.

Dəfələrlə müraciət etməyimizə baxmayaraq, qarşı tərəf əməliyyatxanada və ayılma otağında  baş verənlərlə bağlı heç bir video görüntü təqdim etmədi”.

"Cebheinfo.az" xəbər verir ki, bunu “Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, suallar cavabsız qalıb:

“Bildirildi ki, həmin görüntülər 3 ay keçdiyi üçün silinib. Halbuki biz bu videoları ilk dəfə fevralın əvvəlində tələb etmiş və sonrakı hər məhkəmə iclasında da bu tələbi təkrarlamışıq. 

Əvəzində, yalnız koridor və lift qarşısına aid olan qısa videoepizodlar və bir neçə fotoşəkil təqdim edilib ki, bunlar da işin mahiyyəti ilə bağlı heç bir aydınlıq gətirmir. Əsas və narahatedici suallar isə yenə cavabsız qalır: anesteziya niyə gec verildi, tibb personalının kobud rəftarının səbəbi nə idi?

Məhkəmə araşdırması davam edir. Biz məhkəmənin ədalətli qərar verəcəyinə inanırıq. Növbəti məhkəmə iclası mayın 20-də  keçiriləcək”.

Qeyd edək ki, N.Köçərli bir neçə ay öncə sosial media hesabında paylaşım edərək “Liv Bona Dea” xəstəxanasından şikayət etmişdi. O, adı çəkilən xəstəxanada pis rəftarla üzləşdiyini demişdi. Xəstəxana isə iddiaları qəbul etməyib.

Seçilən
0
4
cebheinfo.az

5Mənbələr