AZ

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 2 700-ü keçdi

İsrailin
İsrail ordusunun 2 mart tarixindən etibarən Livana həyata keçirdiyi hücumlar nəticəsində ölənlərin sayı artaraq 2 702 nəfərə çatıb. 1news.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, qeyd olunan müddət ərzində hücumlar nəticəsində 8 311 nəfər yaralanıb. Nazirlik bir gün əvvəl açıqladığı rəqəmlərdə ölənlərin sayının 2 696 olduğunu bildirmişdi. Məlumata əsasən, İsrail ordusu 2 martda Livanın cənub bölgələrinə genişmiqyaslı hava zərbələri endirməyə başlayıb və bir sıra yaşayış məntəqələrini nəzarətə götürüb. Livan hökuməti isə bu müddətdə ölkədə məcburi köçkünlərin sayının 1 milyonu keçdiyini açıqlayıb. ABŞ Prezidenti Donald Trump Livan və İsrail arasında 17 aprel tarixində qüvvəyə minən 10 günlük müvəqqəti atəşkəsin daha 3 həftə uzadıldığını bəyan edib.

Atəşkəs rejiminə baxmayaraq, İsrailin Livanın cənubuna hücumları davam edir. Hizbullah isə bu hücumlara cavab verməkdə davam edir.

Seçilən
14
1news.az

1Mənbələr