AZ

Millimizin yoldaşlıq görüşlərinin vaxtı açıqlandı

 

Futbol üzrə Azərbaycan millisi mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.

Sitat.info AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək.

Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.

Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək.

Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.

 

 
 
 
Seçilən
3
12
sitat.info

10Mənbələr