AZ

Qusarda "Heydər Əliyev siyasi məktəbini öyrənirik"dərslərinin növbəti məşğələsi keçirilib -Fotolar



Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən "Heydər Əliyev siyasi məktəbini öyrənirik"dərslərinin "Şəhərsalma və memarlıq ili" çərçivəsində növbəti məşğələsi Ümummulli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar "Müstəqil Azərbaycanın qurucusu və memarı" mövzusuna həsr olunub.Rayon gənclərinin, yuxarı sinif şagirdlərinin cəlb olunduğu məşğələdə giriş sözü ilə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsinin vacibliyinə toxunaraq Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixindəki rolu barədə məlumat verib. Təşkilat sədri suveren dövlətimizin möhkəmlənməsi yolunda gənclərin vətənpərvərlik ruhunda tərbiyələnməsinin mahiyyətinə toxunub. Məruzəçilər Neva Abdurahmanova, Günel Hacıyeva,Qorxmaz Muradov,Fatimə Zülfiqarova çıxışlarında bildiriblər ki, Azərbaycanın şəhərsalma və memarlığının inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur. Məşğələdə şagirdləri maraqlandıran suallar cavablandlrılıb və sonda onlara
Ümummilli lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətindən bəhs edən "İz"filmi nümayiş olunub.



Seçilən
6
aia.az

1Mənbələr