AZ

Kartel lideri məhkəmədən tələb etdi: Bu ölkədə mühakimə olunmaq istəyirəm

ABŞ-da ömürlük həbs cəzası alan Meksikanın “Sinaloa” kartelinin rəhbəri, “El Çapo” ləqəbli Xoakin Quzman məhkəməyə müraciət edib.

Publika.az ABŞ mediasına istinadən xəbər verir ki, Kolorado ştatındakı həbsxanada saxlanılan Quzman Nyu-York Şərq Dairəsi Federal Məhkəməsinə ərizə təqdim edib.

Qeyri-insani və pis rəftara məruz qaldığını iddia edən Quzman barəsində aparılan məhkəmə prosesində ciddi pozuntuların olduğunu irəli sürüb. O, məhkum edilməsinə səbəb olan bəzi mühüm sübutların təsdiqlənmədiyini deyib.

Öz ölkəsinə ekstradisiya olunmasını tələb edən Quzman ona qarşı irəli sürülən ittihamlarla Meksikada mühakimə olunmaq istədiyini bildirib.

Seçilən
21
publika.az

1Mənbələr