AZ

"Rejissorlar bizi yox, gəncləri seçirlər"

Əməkdar artist Sevinc Əliyeva rejissorların peşəkar aktyorları serial və filmə dəvət etməməsindən şikayətlənib. 

"Cebheinfo.az" xəbər verir ki, "Gün ortası" proqramına açıqlama verən aktrisa artıq gənclərə üstünlük verildiyini bildirib:

"Təəssüflər edirəm ki, peşəkar aktrisaları çəkmirlər. İndi dəvət yoxdur. İçi mən qarışıq. Peşəkar aktrisaları dəvət etmək lazımdır. Rejissorlar baxıb görsünlər ki, ana, xarakterli rollara peşəkar aktrisalar çəkmək nədir. İstər Naibə Allahverdiyeva, istər məni dəvət etmirlər. 

İndi gəncləri, yeniyetmələri çəkirlər. Bəlkə tanımırlar, teatr tamaşalarını izləmirlər. İzləsələr çox şey dəyişər. Aktyorla işləmək başqadır. Biz kitabxanalardan çıxmırdıq. İndi sosial şəbəkələr var, evdə oturub internetdən oxuyurlar". (Axşam.az)

https://t.me/axsamaz1/19191

"Cebheinfo.az"

Seçilən
0
1
cebheinfo.az

2Mənbələr