AZ

Agentlik sədri iki nəfərə vəzifə verdi




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Xidmətlər Agentliyində yeni təyinatlar olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov müvafiq əmrlər imzalayıb.

Əmrlərə əsasən, Elxan Elman oğlu Mütəllimov Sosial Xidmətlər Agentliyinin Təminat və təchizat departamentinin müdir müavini vəzifəsinə təyinat alıb. O, bu təyinatadək Agentliyin Təminat və təchizat departamentinin eyniadlı şöbəsinin müdiri vəzifəsində çalışıb.

E.Mütəllimovun yerinə, yəni Təminat və təchizat şöbəsinin müdiri vəzifəsinə isə Faiq Telman oğlu Məmmədov təyin edilib.

aia.az



Seçilən
0
1
aia.az

2Mənbələr