AZ

Çox evdə olan bu əşyalar boğulmalara səbəb ola bilər Həkimdən xəbərdarlıq

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Otaq ətirləri və müxtəlif aromatik vasitələr son illərdə məişətdə geniş istifadə olunur. Bu məhsullar havanı xoş qoxulu etmək məqsədi ilə müxtəlif kimyəvi maddələrin yayılmasına əsaslanır. Lakin onların tərkibi və təsiri hər insan üçün eyni olmaya bilər. Xüsusilə tənəffüs yolları həssas olan şəxslərdə bu vasitələr ciddi narahatlıq yarada bilər. Bu səbəbdən otaq ətirlərinin istifadəsinə yanaşma diqqətli və məlumatlı olmalıdır.Məsələ ilə bağlı pulmonoloq Əsəd Bəydullayev Demokrat.az-a bildirib ki, son vaxtlar geniş yayılan otaq qoxuları və ətirlər xüsusi cihazlar vasitəsilə çox xırda dispers hissəciklərə ayrılaraq otaqlara yayılır və havada xoş ətir əmələ gətirir:"Amma araşdırdıqda məlum olur ki, bu ətirin yaranması üçün müxtəlif kimyəvi maddələrdən istifadə olunur və bu maddələrin tərkibi fərqli insanlara fərqli təsir göstərə bilər. Bir insanda xoş hiss yaratdığı halda, digər insanda, xüsusilə tənəffüs yollarının hiperhəssaslığı olan, həmçinin yuxarı və aşağı tənəffüs yollarının allergik xəstəliklərindən əziyyət çəkən şəxslərdə ciddi fəsadlara səbəb ola bilər. Bundan əlavə, hər bir məhsulda olduğu kimi otaq ətirlərinin istifadəsində də düzgün qaydalara riayət olunmalıdır".Həkim bildirib ki, bu məhsullara otağın ölçüsünə uyğun şəkildə istifadə edilməli, püskürtmələrin sayı nəzərə alınmalıdır:"Məhsul alınarkən internet üzərindən araşdırma aparılmalı, keyfiyyətinə və tərkibinə əmin olunmalıdır. Bu qaydalara əməl edilmədikdə, kiçik bir otaqda həddindən artıq kəskin qoxu yarana bilər. Bu qoxu otaq sahibinə xoş gəlsə də, qonaqlar və ya körpə uşaqlar üçün ciddi narahatlıq və fəsadlara səbəb ola bilər. Xüsusilə allergik xəstələr və hiperhəssaslığı olan insanlar risk qrupuna daxildir. Eyni zamanda uzun illər siqaret çəkən insanlarda xroniki obstruktiv ağciyər xəstəliyi formalaşır. Bu şəxslər onsuz da nəfəsalma çətinliyi yaşayırlar və tənəffüs yollarında daralma olur. Belə insanlarda əlavə həssaslıq yaranarsa və bu cür qoxulu mühitə daxil olarlarsa, ciddi fəsadlarla üzləşə bilərlər".Həkim deyib ki, allergik şəxslərdə allergik konyunktivit inkişaf edə bilər ki, bu da gözlərin qızarması və şişməsi ilə özünü göstərir:"Allergik rinit isə burunda qaşınma, qızartı və axıntı ilə müşahidə olunur. Belə hallarda insanın həmin mühitdən uzaqlaşması, otağın havalandırılması və qoxu mənbəyinin aradan qaldırılması vacibdir.

Ümumilikdə, otaq ətirlərindən istifadə zamanı onların kimyəvi tərkibi, texniki xüsusiyyətləri və istifadə qaydaları diqqətlə öyrənilməlidir. Düzgün istifadə olunduqda bu vasitələr o qədər də zərərli olmur.

Allergik astma xəstəsində belə mühitdə boğulma hissi, sinədə xışıltı və xırıltı, asqırma, göz və burundan axıntı kimi əlamətlər yaranarsa, dərhal həkimə müraciət edilməli və ya təyin olunmuş astma əleyhinə dərmanlardan istifadə olunmalıdır",- deyə həkim qeyd edib.Həkim tövsiyə edir ki, bu məhsulları alarkən tərkibi mütləq araşdırılmalı və keyfiyyətindən əmin olunmalıdır. Düzgün qaydada istifadə edildikdə bu vasitələrin zərəri minimuma ensə də, allergik şəxslər hər zaman ehtiyatlı olmalıdırlar.Yəni, evdə istifadə etdiyimiz xoş qoxulu spreylər və cihazlar əslində kimyəvi maddə yayır. Bu maddələr astması, allergiyası olanlar və balaca uşaqlar üçün nəfəs darlığına səbəb ola bilər, ona görə də qoxunun ağırlığına və otağın havasına diqqət etmək lazımdır.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
demokrat.az

1Mənbələr