AZ

Ermənistan “Tripp” marşrutu üzrə Rusiya ilə koordinasiyanı davam etdirə bilər ŞƏRH

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Hesab edirəm ki, Ermənistan “Tripp” marşrutu ilə bağlı Rusiya ilə bir sıra məsələləri koordinasiya edəcək”.

Gununsesi.info  bildirir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev deyib:

“Bu kontekstdə Rusiya ilə ABŞ arasında açıq qarşıdurmadan daha çox, marşrut üzərindən razılaşdırma cəhdləri görünür.

Ermənistanın həm ABŞ və Avropa İttifaqı, həm də Rusiya ilə paralel şəkildə danışıq apararaq müəyyən balans saxlamağa çalışdığı müşahidə olunur. Eyni zamanda, Rusiya da ilkin mərhələdə marşrutun açılmasına qarşı sərt mövqe sərgiləməyə bilər.

Digər məsələlər  sərhəd siyasəti və hərbi mövcudluq kimi mövzular isə daha çox böyük geosiyasi proseslərdən asılı olaraq formalaşa bilər. Rusiya–Ukrayna müharibəsinin gedişi, eləcə də İran–Qərb xəttində mümkün gərginliklər regiondakı ümumi balansı birbaşa təsirləndirən amillərdir.

Bu səbəbdən Cənubi Qafqazda proseslərin yaxın dövrdə tam yekun modelə düşməsi çətin görünür. Ermənistanın isə hazırkı mərhələdə daha ehtiyatlı və çoxşaxəli siyasət apardığı müşahidə olunur”.

Şəbnəm

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
50
icma.az

10Mənbələr