AZ

Britaniya Rusiya ilə bağlı “qara siyahı” açıqladı Yeni adlar daxil edilib

Azpolitika.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Birləşmiş Krallıq Rusiyanın pilotsuz uçuş aparatları istehsalı və miqrantların hərbi məqsədlərlə cəlb edilməsi ilə bağlı şəbəkələrə görə 35 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.

“AzPolitika” xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Məlumata görə, sanksiyalar Rusiya və üçüncü ölkələrdə fəaliyyət göstərən, Ukraynaya qarşı müharibə üçün dron istehsalı və insan resurslarının cəlb olunması ilə əlaqəli strukturları əhatə edir.

Açıqlamada qeyd olunur ki, bəzi şəbəkələr müxtəlif ölkələrdən insanlara Rusiyada iş vəd edərək onları cəlb edir, daha sonra isə onları ya cəbhəyə göndərir, ya da hərbi sənaye müəssisələrində işləməyə məcbur edir.

Xüsusilə “Alabuqa Start” proqramı çərçivəsində xarici vətəndaşların cəlb edilməsi ilə bağlı 6 şəxs və 1 şirkət sanksiya siyahısına salınıb. Onların arasında Anastasiya Barışeva, Konstantin Trifonov, Çulpan İslamova, Savsan Yusupova, Elmир Sayfullin, həmçinin Müşel Gi Frans Avana Ateba və Enangue Holding yer alır.

Sanksiyalar həmçinin Tayland, Çin və digər ölkələrdən olan şəxsləri və şirkətləri də əhatə edir. Onlar “xarici vətəndaşların alveri” və Rusiyanın hərbi sənayesinə komponent tədarükü ilə əlaqələndirilir.

Britaniya tərəfi bəzi şəxslərin sosial şəbəkələr, xüsusilə “Telegram” vasitəsilə Yaxın Şərq və Afrika ölkələrindən insanları müharibəyə cəlb etdiyini bildirir. Bu çərçivədə keçmiş müəllim Polina Azarnıx və Sergey Merslkov da sanksiya siyahısına daxil edilib. Məlumatlara görə, Azarnıx təkcə bir il ərzində Yəmən, Suriya, Misir, Mərakeş, İraq və bir sıra Afrika ölkələrindən yüzlərlə şəxsə çağırış göndərib.

Sanksiyalar həmçinin FPV dronların istehsalı və ixracı ilə bağlı şirkətləri də əhatə edir. Britaniya XİN-in məlumatına görə, Pavel və Yeqor Nikitinlər, Sergey Kaşenko, Mixail Volovik, eləcə də SNK TRADE, “Eltech Component”, “M9 Logistics”, “Sea2sky” və “Tanaq” kimi şirkətlər siyahıya salınıb.

Bildirilib ki, Pavel Nikitin FPV tipli VT-40 dronlarının istehsalı ilə məşğul olan şirkətə rəhbərlik edir və bu texnologiyalar Ukrayna ərazisinə hücumlarda geniş istifadə olunur.

Britaniya Avropa məsələləri üzrə naziri Stiven Dauti isə Rusiyanın bu praktikasını “vəhşi istismar” adlandıraraq, müharibəni dəstəkləmək üçün həssas insanların istismar edildiyini bildirib.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
77
50
azpolitika.info

10Mənbələr