AZ

Sülhü sabotaj cəhdinə SON

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Avropa Parlamenti sülh prosesinə dəstək vermək əvəzinə, ona qarşı sabotajla məşğul olur".

Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycana qarşı böhtan xarakterli növbəti qətnamə qəbul etməsinə münasibət bildirərkən belə deyib. Avropa Parlamentinin arpelin 30-da öz mandatından kənara çıxaraq Azərbaycanı hazırda həbsdə olan erməni əsilli müharibə cinayətkarlarını azadlığa buraxmağa və erməni əhalini Qarabağa qaytarmağa çağıran qətnamə qəbul etməsi sülh prosesini “baltalamaq” cəhdidir.

Azərbaycan və Ermənistan yekun sülh müqaviləsi ərəfəsində olduğu bir vaxtda Avropa Parlamentinin belə bir addım atması bölgədə formalaşmaqda olan sabitliyə yenidən təhlükə yaradır. Azərbaycanda erməni separatizminin bərpasına xidmət edən bu cür təxribatçı sənədlərin qəbulu Avropa qanunvericilərinin sülh prosesini dəstəklədiyinə dair bəyanatlarının yalan və blef olduğunu göstərir.

Bu baxımdan, Avropa Siyasi Birliyinin Ermənistan paytaxtında keçirilən sammitində videoformatda çıxış edən Azərbaycan Prezidentinin ikili standartlar nümayiş etdirən Avropa qurumlarını tənqid etməsi həqiqətin dünyaya çatdırılmasında ciddi arqument sayılmalıdır. Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin sülh prosesinə dəstəyini alqışlamaqla yanaşı, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti kimi qurumların Azərbaycana qarşı böhtan və yalan xarakterli qətnamələr qəbul etməsinin siyasi aludəçilik olduğunu sübut etdi. Ermənistan paytaxtına toplaşan Avropa liderlərinin Azərbaycan  Prezidentinin arqumentləri və iradları qarşısında susması isə deyilənlərlə razılaşmaq əlamətidir. 

Avropa qurumları və dövlətləri Azərbaycana münasibətdə vahid, eyni zamanda obyektiv mövqe sərgiləməlidir. Bu gün Ukraynada və Yaxın Şərqdə davam edən münaqişələr fonunda enerji böhranı yaşayan Avropanın Azərbaycana ciddi ehtiyacı yaranıb. Avropanın enerji təhlükəsizliyini erməni diasporu deyil, Azərbaycan təmin edir.

Lakin Avropa qurumları Azərbaycana qarşı ədalətsiz çağırışlar etməklə, həm də özlərinin strateji maraqlarını rüşvət hesabına ələ alınmış bir qrup erməni lobbisinə qurban verir. Ona görə də Avropa dövlətləri Azərbaycanla münasibətləri normal saxlamaq üçün əlindən gələni etməlidir. 2028-ci ilin may ayında Avropa liderləri Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Bakı şəhərinə səfər edəcəklər.

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin zirvə görüşündə iştirak edən şəxsləri Azərbaycana dəvət edib. Həmin vaxta qədər Azərbaycana qarşı baş vermiş haqsız qərarları aradan qaldırmaq, münasibətləri qaydaya salmaq Avropa qurumlarının və dövlətlərinin qarşısında duran əsas vəzifəyə çevrilməlidir. 

Müşfiq Abdulla        

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr