AZ

Dezodorant istifadə edərkən diqqəli olun -Həkimdən XƏBƏRDARLIQ

Dermatoloq Divya Şokin bəzi “təbii” gigiyena vasitələrinin istifadəsi ilə bağlı xəbərdarlıq edib.

Redaktor.az xəbər verir ki, onun sözlərini "BuzzFeed" nəşri sitat gətirib.

Mütəxəssisin fikrincə, “təbii” dezodorantlar gigiyena baxımından ən uğursuz seçimlərdən biri ola bilər. O bildirib ki, bu cür məhsullara qarşı allergik reaksiyalarla işində demək olar ki, hər gün qarşılaşır.

Şokin izah edib ki, “təbii” dezodorantlarda alüminium, paraben və ya ftalatlar kimi maddələr olmasa da, bu, onların tam təhlükəsiz olduğu anlamına gəlmir. Onun sözlərinə görə, bu məhsulların tərkibində olan bəzi komponentlər dəri üçün problem yarada bilər.

Dermatoloq əlavə edib ki, qoxunun qarşısını almaq üçün istifadə olunan maddələr dərini ciddi şəkildə qıcıqlandıra bilər. Məsələn, bu cür dezodorantların tərkibində tez-tez istifadə olunan qida sodası dərinin təbii pH balansını poza bilər. Həmçinin kokos yağı və efir yağları allergik reaksiyalara səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Seçilən
44
1
redaktor.az

2Mənbələr