AZ

Tullantı zavodlarında robotlar işə başlayır

Şərqi Londonda yerləşən emal zavodlarında iş şəraiti olduqca ağırdır. Toz, səs-küy və təhlükəli mühit səbəbindən işçilər bu sahədə uzun müddət işləməkdə çətinlik çəkirlər. Hətta sektorda xəsarət alma riski digər sahələrlə müqayisədə xeyli yüksəkdir. Buna görə də şirkətlər işçi tapmaqda və onları saxlamaqda problemlə üzləşir. Bu problemi həll etmək üçün bəzi şirkətlər robotlardan istifadə etməyə başlayıb. Məsələn, “Alpha” adlı humanoid robot tullantıları çeşidləmək üçün sınaqdan keçirilir. Robot xüsusi proqram və süni intellekt vasitəsilə əşyaları tanıyır və onları düzgün şəkildə ayırmağı öyrənir.

“BBC” xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, belə robotlar fasiləsiz işləyə bilir, yorulmur və xəstələnmir. Bu isə zavodların daha səmərəli işləməsinə kömək edir. Digər şirkətlər də robot qollar və süni intellekt texnologiyalarından istifadə edərək tullantıların daha sürətli və dəqiq çeşidlənməsini təmin edir. 

Gələcəkdə bu sahədə avtomatlaşdırma qaçılmazdır. Bununla belə, şirkətlər bildirir ki, robotlar insanları tam əvəz etməyəcək. Əksinə, işçilər yeni bacarıqlar öyrənərək robotlara nəzarət və texniki xidmət kimi daha təhlükəsiz işlərdə çalışacaqlar.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
8
azerbaijan-news.az

1Mənbələr